“Azadlıq“ın qurultayı gələn ilə qaldı

15:15 26.08.2009
Yazını böyüt
Yazını kiçilt
Azadlıq Partiyasının qurultayının cari il ərzində keçirilməsi mümkün olmayacaq. Belə bir açıqlama ilə partiya sədri Əhməd Oruc çıxış edib. Ə.Oruc “Olaylar“a verdiyi açıqlamada bunu bələdiyyə seçkilərinə hazırlıqla əlaqələndirib: “Hazırda əsas diqqət bələdiyyə seçkilərinə hazırlıq prosesinə yönəlib. İstər Azadlıq Partiyası, istərsə də bizim də daxil olduğumuz Demokratiya Uğrunda İttifaq mövcud situasiyada əsas diqqəti məhz bu istiqamətə yönəldib. Ona görə də qurultaya hazırlıq işləri təxirə salınıb“. Ə.Oruc rəhbərlik etdiyi partiyanın qurultayının gələn il keçiriləcəyini deyib.

rubrikasından digər xəbərlər