Yeni növ koronavirus (COVID-19) səbəbindən daxili reysləri mayın 20-dək, xarici reysləri isə mayın 28-dək dayandıran Türk Hava Yolları (THY) iyun, iyul və avqust aylarında uçuşlar həyata keçirməyi planlaşdırır.
Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Bildiyimiz kimi məlum koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi?
“Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. O, bildirdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah may ayının 31-ə kimi həm daxili, həm xarici uçuşlara məhdudiyyət qoyub: "Ona görə də uçuşların yenidən bərpa olunması haqqında biz qərar verə bilmirik. Operativ Qərərgahın bu barədə göstərişi olmalıdır".