Azərbaycan əhalisinin sayı 0,3 faiz artıb

17:06 15.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan әhalisinin sayı ilin әvvәlindәn 33 514 nәfәr vә ya 0,3 faiz artaraq 2020-ci il avqust ayının 1-i vәziyyәtinә 10 100 622 nәfәrә çatıb.

Hafta.az-ın məlumatına görə, əhalinin ümumi sayının 52,8 faizini şәhәr, 47,2 faizini kәnd sakinlәri, 49,9 faizini kişilәr, 50,1 faizini isә qadınlar tәşkil edir. Bir kvadrat kilometrә düşәn әhalinin sayı 117 nәfәr olub.