Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib

17:46 04.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NATO mənzil-qərargahında Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə NATO-nun Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone arasında görüş keçirilib.

Nümayəndəlikdən hafta.az-a verilən məlumata görə, görüşdə “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və gələcək perspektivləri müzakirə edilib.

Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.