Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə rəsmi səfərdədir

16:30 12.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir.

Səfər sentyabrın 14-dək davam edəcək.