Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri növbəti dəfə atəşə tutulub

21:00 14.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 14-ü saat 13:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Hafta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

Oxunma sayı 75