Azərbaycan Prezidenti Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəlib

12:50 02.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəliblər.

Hafta.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. /azərtac/