Azərbaycan Türkiyə iqtisadiyyatına ən böyük investisiya qoyan ölkədir - Aydın Mirzəzadə

15:04 15.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərin bütün spektrlərini nəzərədən keçirir. Dünya hər iki ölkənin hər bir sahədə əməkdaşlıq etdiyini, bütün məsələlərdə birlikdə olacaqlarını, bir-birinə dəstək verəcəklərini bəyan edib”.

Bunu hafta.az-a deputat Aydın Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, 2021-ci ilin 15 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan "Şuşa Bəyannaməsi" tarixi sənəddir.
“İki ölkə arasında münasibətlərin geniş spektirini əhatə edən bir çox sənədlər imzalanıb. Tərəflər hətta Qars müqaviləsinə istinad edərək, digər konseptual sənədləri əsas götürərək iki ölkə arasındakı münasibətləri müttəfiqlik münasibətlərinə qaldırdı.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə ütün sənədlərə hər zaman sadiq qalıblar, bir-birinə qardaşlıq, müttəfiqlik münasibətlərini həmişə real işləri ortaya qoyublar”.

A.Mirzəzadə hesab edir ki, ötən 3 il bu sənədin real olduğunu, hər iki tərəfin maraqlarına cavab verdiyini sübut etdi.

“Azərbaycan Türkiyəni beynəlxalq aləmdə həmişə müdafiə edən ölkələrdən biri olub. Azərbaycan Türkiyə iqtisadiyyatına ən böyük investisiya qoyan ölkədir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin geniş fəaliyyətinə şərait yaradıb. Türkiyənin ötən ilki ağır zəlzələdən sonra olan bölgələrin birində Azərbaycan böyük çəhər salır və bunun özü münasibətlərin yüksəldiyini göstərir. İki ölkə yaxın dostluğun, müttəfiqliyin nümunəsini ortaya qoydular. Və hər iki ölkə bundan sonra da bu münasibətlərin daim yüksəkdə olması üçün bütün zəruri addımları atacaq”.

Oxunma sayı 96
Siyasət rubrikasından digər xəbərlər