Azərbaycan üçün Türk dövlətləri ilə əməkdaşlıq prioritetdir - Ekspert

17:16 03.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Türk dövlətləri ilə münasibətlərin mütəmadi şəkildə inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetləri sırasındadır”.

Bunu Hafta.az-a beynəlxalq münasibətər üzrə ekspert Aytən Qurbanova Astana Zirvə toplantısını dəyərləndirərkən bildirib.

A.Qurbanova bildirib ki, son illərdə qarşılıqlı səfərlərin daha intensiv xarakter alması və bu səfərlər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər, imzalanan sənədlər ikitərəfli və çoxtərəfli münasibətlərin əsas yol xəritəsinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişaf etdirilməsinin ortaq maraqlar əsasında güclü Türk platformasının formalaşdırılmasına istisnasız olaraq töhfə verdiyini əminliklə ifadə edə bilərik. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Prezident İlham Əliyevin Qazaxıstan səfəri və bu səfər çərçivəsində bugün Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı kifayət qədər önəmli xarakter daşıyır. Demək olar ki, dünyanın hər nöqtəsində münaqişələrin alovlandığı bir məqamda Türk platforması çərçivəsində əlaqələrin inkişaf etdirilməsi, ortaq müzakirələr masasının formalaşdırılması, qarşılıqlı təcrübə mübadiləsi və strateji əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üzv dövlətləri və bütövlükdə Türk dünyasının bütün istiqamətlər üzrə inkişafı və təhlükəsizliyi baxımından önəmli addımlar olaraq qiymətləndirilməlidir”.

Siyasət rubrikasından digər xəbərlər