Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

13:12 18.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə məlumat İranın Azərbaycandakı səfirliyinin rəsmi tvitter hesabında paylaşılıb.

Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub.

Oxunma sayı 34
Siyasət rubrikasından digər xəbərlər