Azərbaycan və İran XİN başçıları Düşənbədə görüşüb

11:07 30.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif Düşənbədə görüşüblər.

Bu barədə İran hökumətinin "Twitter"dəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, görüş “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutub.

Görüşdə XİN başçıları Qafqaz regionunda son vəziyyət, Xəzər dənizində qarşılıqlı əməkdaşlıq, iqtisadi və siyasi sahələrdə digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.