Azərbaycan XİN İrandakı terror hadisəsini pisləyib

23:58 26.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası XİN İranda dini məbədə terror hücumunu pisləyib.

Hafta.az-ın xəbərinə görə, bu barədə məlumat qurumun Tvitter hesabında yerləşdirilib.

“İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında baş verən terror aktından təəssüflənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmlə üzləşən dövlət kimi Azərbaycan onun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir”, - deyə bəyanatda qeyd edilir.

Siyasət rubrikasından digər xəbərlər