Azərbaycan XİN Banqladeşə başsağlığı verib

17:30 21.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

Hafta.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkəhesabında paylaşım edilib.

“Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələri və yaxınlarına, Banqladeş hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, bu gün Banqladeşin paytaxtı Dəkkə şəhərində “Milestone” kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 19 nəfər ölüb, 164 nəfər yaralanıb.