Azərbaycan XİN Hindistana başsağlığı verib

11:58 03.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

Hafta.az-ın məlumatına görə, bu barədə nazirliyin "Twitter" hesabında qeyd edilib.

"Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri dərindən kədərləndi. Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, Hindistan xalqının və hökumətinin kədərini bölüşürük" - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb. Qəza yerində xilasetmə işləri davam edir. Əraziyə 500-dən çox xilasedici cəlb olunub.

Hadisə ilə əlaqədar bir günlük matəm elan edilib.

Siyasət rubrikasından digər xəbərlər