Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Xarici İşlər Nazirliyi Koreya Respublikasına başsağlığı verib.
Hafta.az-ın məlumatına görə, başsağlığında aşağıdakılar bildirilir:
"Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzu edirik".