Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

14:00 30.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Hafta.az-ın məlumatına görə, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib:

"Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Seninleyiz Türkiye", - paylaşımda deyilir.