Azərbaycanda həkim və tibb heyətinin sayı açıqlandı

12:01 25.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 32 min nəfər ixtisaslı həkim var.

Hafta.az-ın məlumatına görə, bunu bu gün İcbari Tibbi Sığorta Agentliyinin Cəlilabad rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur zamanı Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.

O bildirib ki, Azərbaycanda adambaşına düşən həkim və tibb heyəti standartlara uyğundur: "Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur".

Oxunma sayı 99