Azərbaycanda indiyədək vaksinasiya olunanların sayı açıqlanıb

13:08 02.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22 498 nəfər vaksinasiya olunub. 

Hafta.az koronavirusinfo.az-a istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293 360 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.