Azərbaycanda koronavirusa ən az yoluxma halı Naxçıvan Muxtar Respublikasındadır

11:47 14.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Hafta.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,6, Aran rayonlarında 10,4, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2,1, Şəki-Zaqatalada 1,8, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 0,7 faizdir.