Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var

10:51 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda kütləvi dava-dalaş olub.

Hafta.az xəbər verir ki, hadisə ötən gecə rayonun Veyisli kəndində qeydə alınıb. Kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.