Azərbaycanda yaşayan özbəklərin sayı açıqlandı

17:49 25.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Statistik məlumatlara görə, Azərbaycanda yaşayan özbəklərin sayı 400 nəfərə yaxındır. 

 

Hafta.az xəbər verir ki, bu haqda Azərbaycan-Özbəkistan Dostluq Qrupunun rəhbəri, deputat Eldar İbrahimov Azərbaycan-Özbəkistan Dostluq cəmiyyətinin 20 illik yubiley iclasında bildirib.  
 

“Bildiyimiz kimi, Azərbaycan və özbək xalqları arasında münasibətlərin kökü uzaq keçmişə gedib çıxır. Əsrlər boyu və hazırda bizim xalqları bir-birinə bağlayan dostluq əlaqələri adət-ənənələrimizin və mədəniyyətimizin eyni köklərə malik olmasıdır. Dostluq Cəmiyyətini yaratmaqda məqsəd bu əlaqələri və ənənələri SSRİ dağıldıqdan sonra Azərbaycanın və Özbəkistanın əldə etdiyi müstəqillik dövründə də inkişaf etdirməkdir”,- deyə deputat bildirib.