Azərbaycanın hər cür dəstəyini gördük - Səfir

22:49 11.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

14 gün ərzində Azərbaycanın hər cür dəstəyini gördük. İlk növbədə Prezident İlham Əliyevə dəstəyinə görə təşəkkürümüzü bildiririk.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bildirib ki, Türkiyədə yanğın başlayanda ilk dəqiqələrdən Azərbaycan öz dəstəyini göstərdi, yardımlarını göndərdi. Azərbaycanlı yanğın söndürənlər əllərindən gələnləri edirlər:

"Bu gün Türkiyə bayrağı da dəstək məqsədilə Heydər Əliyev Mərkəzində dalğalandırılmaqdadır. Bu da öz növbəsində Azərbaycanın növbəti dəstəyidir. Bu dəstəyə görə bütün qardaşlarımıza təşəkkür edirəm".