“Azərbaycanın Tailanda ixrac etdiyi əsas məhsul neft və qazdır” – Səfir

09:15 03.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın Tailanda ixrac etdiyi əsas məhsul neft və qazdır. SOCAR-ın bizim dövlətə məxsus PTT Public Company Limited şirkəti ilə çox yaxşı əlaqələri var”.

Bu sözləri Hafta.az-a eksklüziv müsahibəsində Tailandın ölkəmizdəki səfiri Apirat Sugonhabhirom deyib. Diplomat qeyd edib ki, Banqkokun ticarət statistikamıza əsasən, 2012-ci ildə Tailand Azərbaycandan 1 milyard 237 milyon dollar dəyərində neft idxal edib və 2013-cü ildə Azərbaycandan alınan neftin həcmi 1 milyard 926 milyon dollar həcminə yüksəlib. Amma sonrakı illərdə bu müstəvidə azalma nəzərə çarpıb.

“Məsələn, 2015-ci ilin statistikası 375 milyon dollar idisə, 2016, 2017, 2018 və 2019-cu illərdə bu rəqəmlər hər il 300 milyon dollardan aşağı seyr edib. 2020 və 2021-ci illərdə Tailanda neft ixracınız müvafiq olaraq 157 milyon dollar və 151 milyon dollar həcmində olub. Amma pandemiyanın aradan qalxması ilə ticarətin həcmində də yüksəlmə nəzərə çarpmaqdadır. Məsələn, ötən il - 2022-ci ildə ən son rəqəm 471 milyon dollar qeydə alınıb. Beləliklə, bu, həqiqətən də ikitərəfli ticarət həcminə təsir edə biləcək mühüm amillərdən biridir” deyə cənab Sugonhabhirom bildirib.

Tailandlı diplomata görə, ölkələrimiz aramızda ticarəti aparılan neft və təbii qazın miqdarı ildən-ilə dəyişə, bu istənilən vaxt tələb və təklifdən asılı ola bilər. Onun qənaətincə, son zamanlar Tailand tərəfinin yenidən Azərbaycandan neft və qaz ticarətinin həcmini artırdığı hiss olunmaqdadır. “Kovid-19 pandemiyası 2019-2021-ci illər ərzində neft və qaza olan tələbatın azalmasının arxasında duran amillərdən biridir. Bununla belə, aramızda alınıb-satıla biləcək digər mümkün məhsullara da baxmalıyıq”, - deyib səfir.

Siyasət rubrikasından digər xəbərlər