Azərbaycanın verdiyi şəhidə görə Minsk Qrupu günahkardır - RUSIYALI POLITOLOQ

19:35 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nə qədər ki, Qarabağ ətrafında qeyri-sabit siyasi vəziyyət qalacaq, ölümlər və təxribatlar mütəmadi olaraq baş verəcək. Cümə axşamı baş verən hadisə ümumi mənzərənin yalnız bir hissəsidir. Tərəflər əvvəlkitək bir-birini günahlandırmaqda davam edir. Burada yeni bir şey yoxdur. 2016-cı ilin Aprel müharibəsindən əvvəl də elə olub, 27 sentyabr 2020-ci ildən əvvəl də.

Hafta.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə ekspert Qriqori Trofimçuk deyib.

"Çoxları bu vəziyyəti Rusiya sülhməramlılarının üzərinə atmağa çalışır. Səbəbi aydındır: SQ-nin beş illik səlahiyyət müddətinin bitməsinə doğru getdiyi xatırladılır. Amma onlar da vəziyyətə tam nəzarət edə bilmirlər. Bu cür qeyri-sabitlik, sözsüz ki, regiondan kənar qüvvələr üçün sərfəlidir. Onlara lazımdır ki, ermənilərlə azərbaycanlılar əbədi döyüşsünlər və Rusiya təqsirkar olsun, həm də müharibəyə cəlb olunsun.

Deyəsən, məsuliyyəti rəsmi olaraq konkret tərəfin üzərinə qoyacaq və buradan irəli gələn bütün siyasi nəticələri qəbul edəcək qüvvə artıq yoxdur. ATƏT-in Minsk Qrupu çoxdan rədd oldu, o, faktiki olaraq heç nəyə cavabdeh deyil, amma bununla yanaşı, öz statusunu saxlayır və bundan sonra da Qarabağın baş nəzarətçisi olmaq istəyir. Bu cəfəngiyyat gec-tez dayandırılmalıdır, bütün günahkarlar, təcavüzkarlar, qatillərin adları açıqlanmalıdır. Azərbaycanın verdiyi şəhidə görə ATƏT-in Minsk Qrupunun həmsədrləri gunahkardır", - Trofimçuk bildirib.

Onun sözlərinə görə, Rusiya istəyir ki, Qarabağdakı atışmalar birdəfəlik dayandırılsın, çünki yeni müharibə onun da sabitliyinə təsir edəcək.

Oxunma sayı 1653