“Azərbaycanla bütün sahələrdə əla münasibətlərimizdən qürur duyuruq” – SƏFİR

13:28 24.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün İsrailin ölkəmizdəki Səfirliyi və İsrail Regional Əməkdaşlıq Nazirliyinin birgə təşəbbüsü ilə Bakıdakı 4 nömrəli internat tipli ümumtəhsil məktəbində təmir olunmuş Musiqi Otağının açılışı olub.

Hafta.az yazır ki, açılış mərasimində İsrailin ölkəmizdəki səfiri Ronen Kraunsz da iştirak edib.

Açılış mərasimində iştirak edən səfir bildirib ki. yenilənmiş təhsil müəssisəsi şagirdlərə musiqi terapiyasının müasir üsullarından faydalanmaq imkanı yaradacaq, onların rifahına, inkişafına və yaradıcılığına dəstək verəcək.

Səfir Ronen Krausz deyib: “İsrail Dövləti Azərbaycanla bütün sahələrdə mövcud olan əla münasibətlərindən qürur duyur. Biz əməkdaşlığımızı, xüsusilə sosial rifah və icma dəstəyi sahələrində daha da gücləndirməyə sadiqik”.

Səfirlik layihə boyunca göstərdiyi dəstək və əməkdaşlığa görə məktəbin direktoru Vəfa Seyidovaya təşəkkür edib.