“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı-alim Seymur Nəsirov, Qahirə Universitetinin təşkil etiyi "Şərq dilləri arasında qarşılıqlı tədqiqatlar" adlı beynəlxalq elmi konfransda mühazirə ilə çıxış edib.
Hafta.az yazır ki, o, çıxışında ərəb dilində elmi əsərlər yazmış azərbaycanlı alimlər haqqında geniş söhbət açıb. Bu alimlərin sayının yüzlərlə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ərəb dilinin inkişafında böyük tövhələr vermiş Xətib Təbrizi, İbn Həcib və İzzuddin əz-Zəncani haqqında danışarkən, mötəbər ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında yazılmış gözəl fikirləri də qeyd edib.

Nəsirovun konfransa təqdim etdiyi "Ərəb dilinin yayılmasında Azərbaycan tövhələri" adlı elmi məqalənin xülasəsı çap olunaraq konfrans iştirakçılarına təqdim olunub.
Mühazirənin sonunda o, Misirlə Azərbaycan arasında qədimdən bu günədək əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, Misir prezidenti Əbdülfəttah əs-Sisinin "Azərbaycan xalqı bizə qardaş xalqdır" sözü ilə çıxışını yekünlaşdırıb.
İki gün davam edəm elmi konfransda dünyanın müxtəlif ölkələrindən, o cümlədən misirli şərqşünas alimlər mühazirələrlə çıxış ediblər.