Yazını böyüt
Yazını kiçilt
“Presight G42” şirkətinin və SOCAR "Azəriqaz” İstehsalat Birliyinin birgə layihəsi olan smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, smart rəqəmsal İOT və Aİ platformaların, LoraWan şəbəkəsinin və “smart-ötürücü” qurğuların tətbiqi məqsədilə Sumqayıt şəhərinin “Yaşma bağları” ərazisində pilot layihə həyata keçirilir.
“Azəriqaz”dan hafta.az-a verilən məlumata görə, pilot layihə əsasında qeyd olunmuş ərazi üzrə qaz istehlakçılarının mövcud sayğacları yenisi ilə əvəz olunması və “smart-ötürücü”lərin quraşdırılması planlaşdırılır.
Məlumata görə, istehlakçıların məlumatlandırılması məqsədilə layihə barədə qeydiyyatda olan abonentlərə SMS bildiriş də göndərilib.