“Azəriqaz” ötən il 990 işçisinə töhmət verib

12:39 17.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İstehsalat Birliyi ötən il yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.

Hafta.az xəbər verir ki, bunu birliyin baş direktoru Ruslan Əliyev deyib.

Baş direktor qeyd edib ki, töhmət almış işçilərdən 125-nə sonuncu xəbərdarlıq edilib, 220-nin əməkhaqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər isə işdən çıxarılıb.