“Azərişıq”ın əməkdaşı dirəkdən yıxılıb öldü

10:24 20.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərişıq ASC-nin əməkdaşı dirəkdən yıxılaraq ölüb.

Hafta.az xəbər verir ki, Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ömər Şərəfəddin oğlu Ustayev işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Azərişıq ASC-nin əməkdaşı olub.