“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib

16:55 19.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, toplantıda Müşahidə Şurasının sədri Aqil Qurbanov, Şuranın üzvləri Hidayət Əzimov və Anar Məmmədov iştirak ediblər.

İclasda Prezidentin 2023-cü il 7 sentyabr tarixli Fərmanından irəli gələn tapşırıqların icra statusu və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin 2024-cü il üçün fəaliyyət istiqamətləri üzrə planları dinlənilərək müvafiq qərarlar qəbul edilib.