Yazını böyüt
Yazını kiçilt
Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətə yollanan sərnişinlər üçün bayram əhval-ruhiyyəsi yaradıb.
Hafta.az-ın məlumatına görə, hava limanının vağzalyanı meydanında, 5 ulduzlu Skytrax stendinin yanında sərnişinlər işıqlarla bəzədilmiş bir neçə qeyri-adi konus formalı küknar ağacı fiqurları görə bilərlər.
Bakı hava limanındakı bayram bəzəyi həmçinin terminallarda yerləşən bir neçə küknar ağacları və bəzədilmiş qeydiyyat masaları ilə tamamlanır.