Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir. Bu bütün Zaqafqaziyanın maraqlarına cavab verir, Gürcüstanın baş naziri İrakli Qaribaşvili cümə axşamı Moldovada Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə bildirib. Hafta.az TASS-a istinadla bildirir.
“Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyi və sülhü möhkəmləndirmək üçün neytral, qərəzsiz oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan 2021-ci ildə Qarabağ müharibəsindən sonra çox mühüm vasitəçilik rolunu oynayıb. Əslində biz Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”, - Qaribaşvili bildirib.