Bakı metrosunda maşinist iş başında ölüb

10:10 23.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosunda maşinist iş başında ölüb.

Bakı Metropolitenindən hafta.az-a verilən məlumata görə, hadisə yanvarın 21-də 22-nə keçən gecə metronun "Avtovağzal" stansiyasında baş verib. Metroda motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal" stansiyasında təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.