Bakı Olimpiya Stadionunun yaxınlığında qəza sıxlıq yaratdı

11:00 18.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən həm mərkəz, həm də Aeroport şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.