Bakı sakinini elektrik cərayanı vurub

22:57 23.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Səbail rayonunda kişi ehtiyataızlıqdan xəsarət alıb.

Hafta.az xəbər verir ki, hadisə Fərman Qurbanov küçəsi, ev 48 ünvanında baş verib.

1983-cü il təvəllüdlü Hüseynov İntiqam Tofiq iş görərkən o, yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman elektrik cərayanı onu vurub. İ.Hüseynov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.