Bakı-Sumqayıt yolunda maşıın piyadanı vuraraq öldürdü

22:51 03.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yon-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, qəza yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü Quliyev Rizvan Ramil oğlunu “NİVA” markalı avtomobil vurub. 

 17 yaşlı piyada aldığı xəsarətlərdən vəfat edib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.