Bakıda 2040-cı ilədək proqnozlaşdırılan əhalinin sayı açıqlanıb

22:22 07.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 2040-cı ilədək əhalinin 2,88 – 3,17 mln. nəfər arasında dəyişəcəyi proqnoz edilir.

Hafta.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Ölkə əhalisinin 2045-2050-ci illər arasında azalmağa başlayacağı gözlənilir. Eyni tendensiyanın Bakı şəhərində də müşahidə olunacağı gözlənilir. Bakı şəhərinin əhali proqnozunun çox yüksək həddə verilməsi planlaşdırmanın qeyri-real dərəcədə yüksək tələbatlara uyğun aparılması riski daşıyır. Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılmışdır.