Bakıda 6 nəfər dəm qazından zəhərlənib

09:21 13.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının ayrı-ayrı rayonlarında dəm qazından zəhərlənmə hadisələri baş verib.

 

Hafta.az "Report"a istinadən xəbər verir ki, Yasamal rayonunda 1996-cı il təvəllüdlü Hüseynova Sevinc Qəni qızı, 2008-ci il təvəllüdlü Rəsulova Ayla Rəşad qızı, Xəzər rayonunda 1987-ci il təvəllüdlü Yusubova Gülnar Hamlet qızı, Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1997-ci il təvəllüdlü Vəliyev Ülvi Şahverdi oğlu, Binəqədi rayonunda 2000-ci il təvəllüdlü Məmmədli Anar Xəyal oğlu, Nəsimi rayonunda 2003-cü il təvəllüdlü Rəsulzadə Nərmin Rövşən qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Hadisələrin təfərrüatları araşdırılır.