Yazını böyüt
Yazını kiçilt
"Konfrans çərçivəsində Bakıda ITU Regional Sürətləndirmə Mərkəzinin açılması nəzərdə tutulur".
Hafta.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimində deyib.
O bildirib ki, ITU-nun qlobal innovasiya şəbəkəsinin bir hissəsi olan bu mərkəz regionda innovasiya və sahibkarlıq üçün aparıcı platforma rolunu oynayacaq:
"Əminəm ki, konfrans zamanı aparılacaq müzakirələr, qəbul ediləcək qərarlar və qurulacaq tərəfdaşlıqlar inklüziv, təhlükəsiz və davamlı gələcəyin qurulmasına töhfə verəcək və milyonlarla insanın həyatında real təsir yaradacaq".