Bakıda avtomobil yanıb

22:22 09.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.