Bakıda daha bir marşrut xətti kart sisteminə keçdi

14:49 02.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.