Bakıda daha bir məktəb bağlandı

10:46 03.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha bir orta məktəb koronavirusa görə distant dərslərə keçib.

Hafta.az-ın məlumatına görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 saylı tam orta məktəbdə COVİD-19 səbəbindən artıq iki gündür ki, tədris distant şəkildə keçirilir. 

Məktəbdən verilən məlumata görə, növbəti həftənin ikinci günündən dərslərin adi qaydada bərpası planlaşdırılır.