Bakıda ərlə arvad bir-birinə 15 bıçaq zərbəsi vurdu

10:16 30.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ər və arvad bir-birini bıçaqlayıb.

 

Hafta.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

 

Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

 

Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır. report