Bakıda gənc naməlum şəxs tərəfindən bıçaqlanıb

22:22 11.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nərimanov rayonunda parkda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə metronun Nəriman Nərimanov stansiyasının yaxınlığındakı parkda baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Hüseynov Rüfət İslam oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.