Bakıda gənc oğlanı maşın vurdu

09:31 27.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Zülfəliyev Zaur Rafiq oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Ona qapalı kəllə-beyin travması, təpə və qaşüstü nahiyəsinin çapılmış yarası diaqnozu qoyulub (report).