Bakıda keçmiş məhkum silahla yaxalandı

11:35 21.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

 

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.