Bakıda kişi küçədə arvadını öldürüb, sonra intihar etdi

13:31 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində qətl hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, kişi küçədə əvvəlcə arvadını, sonra özünü güllələyib.

 

Belə ki, paytaxt sakini, Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misri Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq intihar edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.