Yazını böyüt
Yazını kiçilt
Bakıda narkotacir saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumatına görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı onda 18 qramdan artıq heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə 5 qramdan artıq heroin, metamfetamin, tiryək və 6 kiloqramdan artıq marixuana götürülüb.