Yazını böyüt
Yazını kiçilt
Azərbaycan paytaxtında Pakistanın Müstəqillik günü qeyd olunub.
Hafta.az-ın xəbərinə görə, Müstəqillik Gününə həsr olunmuş tədbirdə Pakistan səfirliyinin əməkdaşları, Pakistanın Azərbaycandakı icmasının nümayəndələri iştirak edib.
Tədbirdə Pakistanın bayrağı qaldırılıb. Daha sonra, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee çıxış edib.
O, müstəqillik illərində Pakistanın qazandığı uğurlardan danışıb.