Bakıda partlayış baş verən binadakı yanğın söndürülüb

22:45 21.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda partlayış baş verən mənzildəki yanğının söndürülməsi işləri başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib: "Artıq binada yanğın söndürülüb".

Xatırladaq ki, paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 23 ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.